Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb

2022/07/gf78h-1656693878.jpg
Oxunub: 329     17:48     01 İyul 2022    
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.

Nazirlər Kabinetindən Ordu.az-a verilən məlumata görə, görüşdə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin Bakıda keçirilən iclasının əhəmiyyəti vurğulandı.

Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edildi. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırıldı.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İordaniya  


Bizi "telegram"da izləyin