Britaniya və Fransa xarici işlər nazirləri görüşüb

2022/07/Frenc-1656692867.jpg
Oxunub: 351     18:39     01 İyul 2022    
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu gün Parisdə fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.

Ordu.az verir ki, Madriddə keçirilən NATO Sammitindən sonra Liz Trass Britaniyanın Avropa təhlükəsizliyinə sadiqliyini vurğulayıb və NATO Alyansının gücləndirilməsi üçün Fransa ilə sıx əməkdaşlığın zəruriliyini qeyd edib.

Nazirlər qeyd ediblər ki, G7 və NATO sammitləri Böyük Britaniya və Fransanın Rusiyanın Ukraynadakı müharibəsinə cavab olaraq birlik olduğunu göstərib. Hər iki tərəf Ukraynanın azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsini dəstəkləyərək beynəlxalq birliyi qorumaq üçün sammitlər üzərində işləmək barəsində razılaşıblar.

Nazirlər Ukraynaya yardımın artırılmasının vacibliyini də müzakirə ediblər. Onlar azad dünyaya olan ehtiyacdan, həmçinin təhlükəsizlik və iqtisadi əlaqələri gücləndirməklə Rusiya və Çindən gələn təhlükələrə qarşı durmağın vacibliyindən danışıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Fransa  


Bizi "telegram"da izləyin