Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir

2022/07/flag--1656692452.jpg
Oxunub: 311     18:45     01 İyul 2022    
Almaniya hakimiyyəti 2022-ci ilin birinci yarısı üçün Ukraynaya təxminən 562 milyon avro məbləğində silah və hərbi malların tədarükünü təsdiqləyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, 2022-ci ilin birinci yarısında silah ixracı üçün 4,14 milyard avro məbləğində fərdi lisenziyalar verilib”, - hesabatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin