NATO-nun Avropa komandanı Rusiya üzrə mütəxəssisdir

2022/07/1656675758.jpg
Oxunub: 420     15:22     01 İyul 2022    
ABŞ generalı Kristofer Kavoli NATO-nun Avropa üzrə komandanlığını qəbul edib.

Ordu.az xəbər verir ki, məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Bildirilib ki, Almaniyanın Ştutqart şəhərində Kristofer Kavolinin vəzifəsinin icrasına başlaması ilə əlaqədar təntənəli mərasim keçirilib. General Rusiya üzrə mütəxəssisdir. O, Fransanın Yelisey Universitetində Rusiya və Şərqi Avropa üzrə magistr elmi dərəcəsi alıb.

General Kavoli rus, italyan və fransız dillərini bilir. O, bundan əvvəl ABŞ-ın Avropa və Afrikadakı Quru qoşunlarına komandanlıq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin