Ordu.az xəbər verir ki, bu, Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) Rusiyanın “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı pozmasına dair yaydığı bəyanatda əksini tapıb.
“Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulur.
Biz vurğulayırıq ki, Rusiya tərəfindən Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin buraxılması Konvensiyanın müddəalarını kobud şəkildə pozur.
Ukrayna Konvensiyanın iştirakçısı olan dövlətləri Rusiya Federasiyasını Ukraynaya qarşı silahlı təcavüzü davam etdirmək məqsədilə Xəzər dənizinin akvatoriyasından istifadəni dayandırmağa, habelə həmin regionun daha da hərbiləşdirilməsinin və onun hər hansı silahlı münaqişəyə cəlb olunmasının qarşısını almağa təşviq etməyə çağırır”, - bəyanatda deyilir.
Ordu.az