Almaniya kansleri: "Putin uzunmüddətli hərbi əməliyyatlara hazır görünür"

2022/02/666-1644920527.jpg
Oxunub: 334     13:06     01 İyul 2022    
“Rusiya Prezidenti Vladimir Putin ən azı bir ildir müharibəyə hazırlaşırdı. Ona görə də Kreml uzunmüddətli savaş apara biləcək”.

Ordu.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın kansleri Olaf Şolts deyib.

“Həqiqətən, kimsə müharibənin nə vaxt başa çatacağını bilmir. Lakin Putin uzunmüddətli hərbi əməliyyatlara hazır görünür. Düşünürəm ki, müharibənin başlanması barədə qərar ən azı bir il əvvəl qəbul olunub. Yəni Putin buna hazırlaşıb”, - o söyləyib.

O.Şolts vurğulayıb ki, Putin bunu etiraf etməsə də, Rusiya Qərbin sanksiyalarının təsirini hiss edir: “O, Qərbin Rusiya iqtisadiyyatına təsirini başa düşür”.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak müharibənin Rusiya işğal etdiyi əraziləri tərk edənədək müharibənin davam edəcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya   Putin  


Bizi "telegram"da izləyin