Ərdoğan Yunanıstanın Baş nazirinə xəbərdarlıq edib: "Özünə çəki-düzən ver"

2022/07/1d99c-1656669097.jpg
Oxunub: 443     13:26     01 İyul 2022    
“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə “Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitindən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Yunanıstanın başında duran zatın münasibəti artıq bəlli olub. Bu münasibətə qarşısında da bəzi vasitəçiləri işə salırlar”, - dövlət başçısı söyləyib.

Türkiyə liderinin sözlərinə görə, Yunanıstanın Egey dənizindəki adaları silahlandırması ortadadır:

“Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə razılaşmaq istəyən hava məkanımızı pozaraq bizi təxribata çəkərmi? Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bütün bunları o etdiyi üçün, üzrlü saysın, biz bu il Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirə bilmərik və keçirməyəcəyik. O artıq indi Türkiyədəki prosesləri gözləməlidir. Qoy özünə çəki-düzən versin. Özünü yığışdırmayandan sonra bir araya gəlməyimiz mümkün deyil”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   Yunanıstan  


Bizi "telegram"da izləyin