KİV: Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu açıq şəkildə bəyan etdiyini bildirib

2022/07/16207-1656666797.jpg
Oxunub: 649     12:55     02 İyul 2022    
Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasına iki gün qalmış Azərbaycan və Rusiya müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıb və KTMT hərbi blokuna daxil olmayan Bakı rəsmən Rusiyanın müttəfiqi olub.

Ordu.az xəbər verir ki, bu barədə “İz.ru” nəşri yazıb.

Qeyd olunub ki, İlham Əliyevin sözlərinə görə, bu, 30 il ərzində inkişaf etmiş münasibətlərin səviyyəsini əks etdirir.

“Amma müttəfiq statusunun praktikada nə demək olduğu hələ məlum deyil. Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflər bəyannamənin sektoral, praktiki icrasına başlayacaqlar. Daha maraqlısı odur ki, aprelin sonunda İlham Əliyev Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu ağac arxasında gizlənərək deyil, açıq şəkildə bəyan etdiyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Sergey Lavrov qısaca izah edib ki, Moskva Azərbaycan rəhbərliyinin bu məsələdə balanslı, məsuliyyətli münasibətini yüksək qiymətləndirir. Sergey Lavrovla görüşlərdə həm ölkə Prezidenti, həm də xarici işlər naziri sülhsevər gündəmi təqdim ediblər. İlham Əliyev deyib ki, Azərbaycanın əsas məqsədi regionda uzunmüddətli sülhün bərqərar olması və kommunikasiyaların açılmasıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Ukrayna   Ərazi-bütövlüyü  


Bizi "telegram"da izləyin