Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Abovyan deyib.
Onun sözlərinə görə, demək olar bütün geosiyasi mərkəzlər öz regioanl siyasətlərini belə bir məntiq altında formalaşdırırlar ki, Ermənistan tabe olacaq, yəni əraziləri Azərbaycanın nəzarəti altına təhvil verəcək.
“Geosiyasi mərkəzlər çox gözəl başa düşürlər ki, indiki Ermənistan hökumətinin sülh gündəmi deyilən proqramı əslində ermənilər üçün dövlət və milli intihar gündəmidir”, - deyə Abovyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az