“Hraparak”: Zabuxdakı erməniləri Kiçik Qaladərəsi və Yenikənd kəndlərinə köçməyi təklif edirlər

2022/04/8a465-1650528528.jpg
Oxunub: 2086     15:21     01 İyul 2022    
Nikol Paşinyan bir müddət əvvəl keçirdiyi mətbuat konfransında Laçın rayonunun və Zabux kəndinin yaxın vaxtlarda Azərbaycana veriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyanın sözlərinə görə, Laçın alternativ yolunun inşa edilməsi, yəni marşrutun dəyişdirilməsi dəyişdirilməsi halında keçmiş DQMV ərazisində yerləşməyən ərazilər Azərbaycanın nəzarəti altına keçəcək.

“Sus kəndində demək olar ki, sakin qalmayıb, kənd ötən müharibədən sonra boşalıb, demək olar təhvil verilmiş vəziyyətdədir, son illərdə böyük sərmayələrin qoyulduğu Zabux haqqında bunu demək olmaz, 50-yə yaxın sakinin yaşadığı abad və gözəl kənd salınıb. Uzun müddət Zabuxun acınacaqlı taleyinin gözləndiyi barədə söz-söhbətlər gəzirdi, Azərbaycan Prezidenti mütəmadi olaraq Zabuxun tezliklə onların olacağını və iyulun 1-də kənddə Azərbaycan bayrağının dalğalanacağını bildirirdi. Ötən gün Paşinyan Ermənistan və Qarabağ “rəhbərliyi”nin (qondarma qurum-red.) sükutunu pozub, İlham Əliyevin sözlərini mahiyyətcə təsdiqləyib, kəndin iyulun 1-də deyil, alternativ yol çəkildikdən sonra təslim ediləcəyi ilə bağlı çıxış edib. Yeri gəlmişkən, əvvəllər yazmışdıq ki, Arayik Harutyunyan Moskvaya gedib və cari məsələlərlə yanaşı Zabux problemini də müzakirə edib, Rusiya tərəfinin vasitəçiliyi ilə kəndi qoruyub saxlamağa çalışıb. Mənbələrimiz bildirirlər ki, Harutyunyan əliboş qayıdıb və hazırda Zabux kəndinin əhalisinin (qanunsuz məskunlaşmış-red.) yaxın vaxtlarda məskunlaşdırılması məsələlərini müzakirə edirlər. Hesab edirlər ki, ən optimal həll yolu sakinlərə alternativ yolun yanında yerləşən Kiçik Qaladərəsi və Yenikənd kəndlərinə köçməyi təklif etməkdir ki, burada da təhlükəsizliyin təmin olunması asan olacaq. Yaxın vaxtlarda bu kəndlərdə mənzillər sürətlə tikiləcək və həmçinin mənzilə çevriləcək boş tikililər var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zabux   Laçın   Köçürülmə  


Bizi "telegram"da izləyin