Erməni hərbi qulluqçuların yaxınları: “300-dən çox erməni hərbi qulluqçu itkin düşmüş hesab olunur”

2022/07/image-1656666254.jpg
Oxunub: 569     15:56     01 İyul 2022    
“44 günlük Qarabağ müharibəsi nəticəsində rəsmi olaraq 38 nəfər əsir götürülüb, 300-dən çox erməni hərbi qulluqçu itkin düşmüş hesab olunur”.

Ordu.az xəbər verir ki, bu barədə itkin düşmüş erməni hərbi qulluqçuların yaxınlarının yaydığı birgə bəyanatda qeyd olunub.

“Onların əksəriyyəti faktiki olaraq əsirlikdədir, bəzi hallarda əməliyyat-axtarış tədbirlərinə süni maneələr yaradılması nəticəsində ölmüş şəxslərin meyitləri və ya qalıqları gizlədilir və ya tapılmır, bəzi hallarda isə qalıqların DNT ekspertizasının nəticələri şübhə doğurur və ya adamın taleyini öyrənmək üçün kifayət deyil. Qarabağda əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi, erməni hərbi qulluqçuların dəfn olunduğu yerlərin müəyyən edilməsi üçün tədbirlər görmək lazımdır. DNT müayinələrinin səhvini müəyyən etmək üçün effektiv mexanizm tətbiq edilməlidir”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-qulluqçu   İtkin-düşmə  


Bizi "telegram"da izləyin