Erməni hərbi qulluqçunun valideyni: “Oğlum mənə yazıb ki, torpaqları onun kimi oğlanların həyatı ilə birlikdə satıblar”

2022/07/image-1656666170.jpg
Oxunub: 910     19:02     01 İyul 2022    
“Bizi şəraitin dinc olduğuna inandırmağa çalışsalar da, yenə canlı itkilərimizin olduğunu görürük”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş prokurorluğunun qarşısında 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçuların valideynlərinin etiraz aksiyası zamanı erməni hərbi qulluqçu Arman Ohancanyanın anası deyib.

“Biz bura işimizin Milli Təhlükəsizlik Xidmətinə göndərilməsini demək üçün gəlmişik, çünki, anladığımız qədər, heç nə etmirlər. Bizi belə get-gələ salmaqla yoracaqlarını düşünməsinlər. Biz mübarizədən yorulmayacağıq, çünki biz övlad itirmişik. Ayın 15-də oğlum mənə SMS ilə yazıb ki, torpaqları onun kimi oğlanların həyatı ilə birlikdə satıblar”, - deyə o qeyd edib.

Etiraz edən başqa bir erməni valideyn bildirib ki, on minlərlə ailə bədbəxt olub: “Özlərini yaxşı hiss edirlər? Bu qədər valideynlə indi burada dayanmışıq. Ara, on minlərlə ailə bədbəxt olub, bu millətdə heç olmasa bir günahkar yoxdur? Artur Davtyan evə gedəndə uşağı ilə türkcə danışır? Qız uşağı var, onu zəngin türkə, milyarderə ərə verəcək? Onlar üçün pul önəmlidir, onlar üçün müqəddəs olan heç nə yoxdur”.

Etiraz edən erməni valideynlərdən digəri isə Ermənistan hakimiyyətinin nümayəndələrinə müraciət edərək deyib: “Siz bizim uşaqlarımızın hesabına yaşayırsınız. Eşidirsiniz, sizin bizim uşaqlarımızın qanı hesabına yaşayırsınız, burada şərtləri siz yox, biz diktə etməliyik. Siz indi yaşayırsınız, çünki bizim uşaqlarımız yoxdur”.

Erməni valideynlər həmçinin Paşinyan üçün özləri ilə qələm gətiriblər ki, sonuncu daha qələm oğurlamasın.

“Qələm mövzusu yalnız qələm oğurlamaq deyil. Qələm mövzusu həm də Laçın, Kərki və sairdir. Şəmşəddin anklavları nə deməkdir? Şəmşəddində heç bir anklav yoxdur”, - deyə etiraz edən ermənilərdən biri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin