“Paşinyan müharibəni, Qarabağı, diplomatiyanı uduzub, xəyanət edib, günahkar Putindir?” - Tarasov

2022/02/00-67-1644577901.jpg
Oxunub: 1120     14:25     01 İyul 2022    
“Paşinyan Qarabağ məsələsinin həllinə keçmək istəyir, halbuki hər şeyi təhvil verib, o, Qarabağ ermənilərinə xəyanət edib”.

Ordu.az xəbər verir ki, bunu rus siyasi analitik Stanislav Tarasov deyib.

Tarasov təəccübləndiyini bildirib ki, Nikol Paşinyan müharibəni uduzub, hər yerdə günahkar Putindir?

“O, müharibəni, Qarabağı, diplomatiyanı uduzub, barəsində hamının danışdığı, onlarla məqalələrin yazıldığı müharibəyə hazırlaşmadı, sadəcə olaraq xəbərdarlıqları görməzdən gəldi, bütün mövqeləri təhvil verdi, indi isə günahkar Putindir?”, - deyə rus siyasi analitik qeyd edib.

O qeyd edib ki, Moskva Paşinyanın siyasətinə mərc edə bilməz, buna görə də Moskva öz maraqlarından çıxış edir.

Tarasovun sözlərinə görə, Moskva, həmçinin xüsusən Ermənistanın siyasəti Paşinyanın dövründə bir sıra məsələləri gündəmə gətirəndə sonuncunun siyasətinin girovu ola bilməz.

“O, müharibəni uduzdu, Rusiya ən ciddi varianta getdi. Niyə? Çünki Putin açıq mətnlə dedi ki, niyə Dağlıq Qarabağı müstəqil olaraq tanımadınız? Əgər müharibə zamanı tanısaydılar, onda vəziyyət tamamilə başqa cür olardı. Lakin məlumatlara görə, fransızlar tanımağa söz vermişdilər, tanımadılar, buna görə də hamı susurdu, gözləyirdi. İndi isə o, hər şeyi uduzdu, indi günahkar Putindir?”, - deyə Tarasov vurğulayıb.

Analitik həmçinin bu fikirdədir ki, ermənilərin Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir işi yoxdur: “İndi o, Qarabağ məsələsinin həllinə keçmək istəyir, halbuki hər şeyi təhvil verib, Qarabağ ermənilərinə xəyanət edib. Rusiyanın problemini həll etmək qalıb: Azərbaycan ərazisində sülhməramlılar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Müharibə   Kapitulyasiya   Tarasov  


Bizi "telegram"da izləyin