Ayqepar və Əskiparada rus hərbi qulluqçular üçün sığınacaqların tikintisi yenidən başlayıb

2022/07/timth-1656665927.jpg
Oxunub: 760     13:19     01 İyul 2022    
“Ayqepar kəndində rus silahlı qüvvələri üçün modul tipli sığınacaqların tikintisi yenidən başlayıb”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni jurnalist Voskan Sarkisyan yazıb.

“Bu barədə Ayqepar sakinləri məlumat veriblər. Sığınacaqlar sovet dövründə fəaliyyət göstərən kiçik hava limanının ərazisində tikilib, həmin ərazi dövlətin mülkiyyətidir. Əskipara kəndi ərazisində, Əskipara-Bağanis əsas yolunun sol tərəfində, rus ordusu üçün sığınacaqların tikintisi də yenidən başlayıb, indi torpaqların hamarlanması və çuxurların qazılması işləri aparılır. Bu proses Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun yanında, sovet dövründə azərbaycanlıların yaşadığı Aşağı Əskipara kəndinin tamamilə dağıdılmış məktəb binasının yaxınlığında aparılır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ayqepar   Əskipara  


Bizi "telegram"da izləyin