İraq rəsmisi: “Ölkələr terror və ekstremizmə qarşı birgə mübarizə aparmalıdır”

2021/09/downl-1632664506.jpg
Oxunub: 305     13:12     01 İyul 2022    
“İraq müharibələrdən, hökumətlərin səhv siyasətindən ən çox əziyyət çəkən ölkələrdəndir”.

Ordu.az xəbər verir ki, bu barədə İraq Nümayəndələr Şurasının sədr müavini Şahavan Abdulla Əhməd Tələbani çıxışında bildirib.

“Biz terrorla mübarizə aparmışıq, İŞİD kimi beynəlxalq səviyyədə təhdid törədən terror qrupu ilə savaşmışıq. Bu mübarizədə ölkəmiz dağıntılara məruz qalıb, ağır itkilərlə üzləşmişik. İndi qaçqın və köçkünlərlə bağlı ağır yükümüz var və bu istiqamətdə dost ölkələrdən kömək istəyirik”, - o qeyd edib.

İraq rəsmisi deyib ki, ölkələr qlobal təhdid törədən terror və ekstremizmə qarşı birgə mübarizə aparmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Terror  


Bizi "telegram"da izləyin