Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan yazıb.
Onun sözlərinə görə, bütün bu hadisələrə Qərblə Rusiya arasında mübarizənin getdiyi Ukraynadakı müharibə kontekstində baxmaq lazımdır.
Danielyan qeyd edib ki, NATO-nun öz sərhədlərinə yaxınlaşmasına imkan verməmək Rusiyanın siyasətidir.
“Eyni proses bizim gölgəmizdə də gedir. Qars müqaviləsindən sonra 2020-ci il noyabrın 10-da yeni Rusiya-Türkiyə müqaviləsi imzalanıb, Türkiyə Qafqazda mövqeyini gücləndirib və bu regionun məsuliyyətini Rusiya ilə bölüşür”, - deyə erməni politoloq vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az