“Moskvanın bu yanaşması regiona böyük ziyan vura bilər” - Səfəryan

2022/05/1652782550.jpg
Oxunub: 560     12:43     07 İyul 2022    
“Paşinyanın mətbuat konfransı həm xarici, həm də daxili auditoriyaya yönəlib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Beynəlxalq və Təhlükəsizlik İnstitutunun yaradıcısı Styopa Səfəryan deyib.

Onun sözlərinə görə, Lavrovun Bakıdakı bəyanatları Ermənistanı kifayət qədər narahat edir.

“Belə təəssürat yaranır ki, Bakı və Moskva üçüncü ölkəyə qarşı işlər görür. Rusiya sözün əsl mənasında bəyan edir ki, keçmiş sistem dağılmalı və 9-10 noyabr modeli əsasında qurulmalıdır. ABŞ dövlət katibinin müavini Mink qrupu formatında hazırlanacaq nizamlanma variantına qayıtmaq üçün Moskvaya çox aydın mesaj göndərib. ABŞ Rusiya ilə işləmək istəmir, lakin Moskva onun qanuni beynəlxalq mandatına xələl gətirir. Moskvanın bu yanaşması regiona böyük ziyan vura bilər”, - deyə Səfəryan qeyd edib.

Səfəryan hesab edir ki, Paşinyanın ən böyük səhvi hakimiyyətə gələndə danışıqları dərc etməməsidir: “Rusiya Minsk qrupunun olmadığını deyirsə, Paşinyan niyə 44 gün ərzində danışıqlar aparıldığı və həyata keçirilmiş rus planını dərc etmir?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səfəryan   Rusiya   Moskva   Ermənistan  


Bizi "telegram"da izləyin