Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Qeyd olunub ki, təbii olaraq burada vəziyyət kifayət qədər incə və çoxqatlıdır.
“Bu halda bir halı diqqətə çatdırmaq lazımdır ki, sanki bu günə qədər Serj Sarkisyana sual vermək imkanlarından hər hansı biri zamanı 44 günlük müharibədən sonra Qarabağ “parlamenti”nin (qondarma qurum-red.ə) “sədri” Artur Tovmasyanın bəyanatına görə meydana gələn sual səslənməyib. Tovmasyan isə bildirib ki, hələ 2016-cı ilin iyulunda Serj Sarkisyan Qarabağın hərbi-siyasi “elitası” ilə görüşdə Qarabağ məsələsində qarşılıqlı güzəştlərin, başqa cür desək, ərazilərin qaytarılmasının zəruriliyi haqqında danışıb. Serj Sarkisyan desə ki, Artur Tovmasyan yalan danışıb, o zaman Tovmasyan ya Sarkisyandan, ya da ictimaiyyətdən çaşdırdığına, yalan danışdığına görə üzr istəməli olacaq, ya da yalan danışmayıbsa, Serj Sarkisyan bir neçə mötərizə açıb bunun səbəbini deməli olacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az