İsrail parlamenti buraxılıb, növbədənkənar seçkilərin tarixi açıqlanıb

2021/11/fdgdf-1636453849.jpg
Oxunub: 263     12:04     30 İyun 2022    
İsrail Knesseti (parlament) buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 30-da qanunverici orqan qanun layihəsi qəbul edib.

Belə ki, parlament ölkədə növbədənkənar parlament seçkilərinin noyabrın 1-də keçirilməsinə səs verib.

Müxalifət isə bu siyasi kampaniyanın oktyabrın 25-də reallaşmasını təklif etmişdi.

Seçkilərədək Baş nazir vəzifəsini Yeş Atid Partiyasının başçısı, xarici işlər naziri Yair Lapid icra edəcək.

Qeyd edək ki, İsrailin Baş naziri Naftali Bennet qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini və siyasətdən gedəcəyini bildirib.

Məlumata görə, müxalifət lideri, keçmiş Baş nazir Binyamin Netanyahu bildirib ki, hakimiyyətə qayıtdıqdan sonra 3 əsas məsələyə diqqət ayıracaqlar: qiymətlərin ucuzlaşması, milli ləyaqətin bərpası, İran təhlükəsinə qarşı mübarizə.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Parlament  


Bizi "telegram"da izləyin