Naxçıvanda əsgər ehtiyatsızlıqdan ölüb

2021/09/herbi-1631598665.jpg
Oxunub: 427     11:37     30 İyun 2022    
İyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə Ordu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Məlumata görə, faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Əsgər  


Bizi "telegram"da izləyin