Prezident: “Bu gün Qoşulmama Hərəkatının tarixində çox vacib gündür, biz Bakıda Parlament Şəbəkəsinin əsasını qoyuruq”

2022/06/1656573472.jpg
Oxunub: 314     11:14     30 İyun 2022    
Düşünürəm ki, bu gün Qoşulmama Hərəkatı təşkilatının tarixində çox vacib bir gündür. Biz Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin əsasını qoyuruq.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib.

Prezident Qoşulmama Hərəkatı təşkilatına üzv ölkələrə Azərbaycanın bu təşəbbüsünü dəstəklədikləri üçün təşəkkür edib.

“Bu bizim həmrəyliyimizi və qarşılıqlı dəstəyimizi gücləndirmək üçün digər bir addımdır. Mən Azərbaycan parlamentinin keçmiş üzvü və sizin keçmiş həmkarınız olaraq parlament diplomatiyasının və parlamentlərarası əlaqələrin nə qədər vacib olduğunu bilirəm”, - dövlət başçısı qeyd edib.

Prezident Parlament Şəbəkəsinin üzv ölkələr arasında həmrəyliyə töhfə verməklə bərabər, həm də dünyanın müxtəlif parlament təşkilatları ilə yaxın işgüzar münasibətlər yaradacağına əminliyini ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin