Erməni tələbə: “Azərbaycan erməni hərbi hissələrinin yerləşdirilməsi barədə bütün məlumatlara sahib idi”

2022/06/1654082447.jpg
Oxunub: 592     12:15     30 İyun 2022    
“Hər iki ölkəni döyüşdürmək amerikalılar və britaniyalılar üçün sərfəlidir”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin tələbəsi Qriqor deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Azərbaycan erməni hərbi hissələrinin yerləşdirilməsi barədə bütün məlumatlara sahib idi.

“Bu məlumatlar onlara NATO-da amerikalıların müttəfiqi olan Türkiyə vasitəsilə ötürülmüşdü. ABŞ öz peyk kəşfiyyat sistemləri vasitəsilə bu cür məlumatlara çıxış əldə edir”, - deyə Qriqor qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Ölüm  


Bizi "telegram"da izləyin