“Azərbaycan yeni müharibəyə hazırlaşır” - Zöhrabyan

2022/06/1656573302.jpg
Oxunub: 557     11:57     30 İyun 2022    
“Laçın dəhlizi kəsilirsə, Azərbaycan Qarabağa qaz kəmərini bağlaya və daha ucuz qaz verəcəm deyə bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Zartonk Partiyasının lideri Ara Zöhrabyan deyib.

“Laçın sakinlərinin təhlükəsizliyinə kim zəmanət verəcək? Rusiya deyəcək ki, dəhliz hardadır, biz oradayıq, çünki biz yol təhlükəsizliyinin təmin edilməsi ilə bağlıyıq. Ermənistan-Qarabağ qaz kəməri, internet kabelləri və elektrik xətləri Laçın dəhlizindən keçir. Yeni salınan yolun yamacı indiki ilə müqayisədə iki dəfə sıldırımlıdır. Xüsusilə qışda yol çətin keçilən olacaq”, - deyə o qeyd edib.

Erməni siyasi xadim iddia edib ki, Azərbaycan yeni müharibəyə hazırlaşır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Müharibə  


Bizi "telegram"da izləyin