“Paşinyan üçün Qarabağ, Laçın, Zabux yoxdur” - Qasparyan

2022/06/1656572672.jpg
Oxunub: 455     11:03     30 İyun 2022    
“Baş nazir postunu tutan şəxsin çıxışlarını, müsahibələrini çox izləməməyə çalışıram”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının şura üzvü Vahe Qasparyan deyib.

Onun sözlərinə görə, Paşinyan üçün “vətən” yoxdur, Qarabağ, Laçın, Zabux yoxdur.

“Bu adam üçün ancaq kürsü və vəzifə var. Sahibləri tərəfindən onun üçün rəy formalaşdırılmayana qədər o, suala rəy və ya cavab verə bilməz”, - deyə Qasparyan qeyd edib.

Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının şura üzvü vurğulayıb ki, Paşinyan Laçını təhvil verməklə ermənilərin gələcəkdə Qarabağdan çıxarılması üçün zəmin yaradır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Laçın  


Bizi "telegram"da izləyin