Ordu.az xəbər verir ki, bunu Laçında qanunsuz yaşayan ermənilərin rəhbəri Narek Aleksanyan deyib.
Onun sözlərinə görə, Ermənistan Baş nazirinin Laçında insanların yaşamadığını qeyd etməsi təəccüblü idi.
“Müharibəyə qədər Laçında 2000 insan, 550-570 ailə, müharibədən sonra 170 insan yaşayıb. Baş nazirin Laçında insanların yaşadığından xəbərsiz olması gözlənilməz idi”, - deyə Aleksanyan bildirib.
Aleksanyan vurğulayıb ki, hazırda Laçın və Zabuxun hansı statusu alacağı bəlli deyil: “Ümid edirik ki, təhvil olmayacaq, insanlar evlərində yaşamağa davam edəcəklər. O bəyanat əhalinin hiddətinə səbəb olub”.
Alpər Mövludoğlu
Ordu.az