Ukrayna Baş Qərargahı Rusiya itkilərinin sayını açıqlayıb

2022/03/FRMOq-1648750207.jpg
Oxunub: 323     10:40     30 İyun 2022    
"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 600 hərbçi təşkil edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1573 tank, 3726 zirehli maşın, 790 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 104 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 185 helikopter, 641 operativ-taktiki PUA, 143 qanadlı raket, 14 gəmi/qayıq, 2602 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin