"Kiyev Moskva ilə danışıqların şərtlərini müəyyən etməlidir" - Blinken

2022/04/df456-1648994668.jpg
Oxunub: 293     23:27     29 İyun 2022    
"Moskva ilə Kiyev arasında mümkün danışıqların şərtlərini Ukrayna tərəfi müəyyən etməlidir, Vaşinqton öz mövqeyini gücləndirməkdə davam edəcək".

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Antoni Blinken bildirib.

"Rusiya Prezidenti Vladimir Putinin hər hansı diplomatik təşəbbüsündə heç bir maraq görmürük. İlkin olaraq ukraynalıların istənilən danışıqların şərtlərini müəyyən etməsi çox vacibdir”, - Blinken deyib.

Dövlət katibinin sözlərinə görə, Rusiya Ukraynanın suverenliyinə və müstəqilliyinə son qoymaq cəhdindən əl çəkməyincə, nəyəsə nail olmaq çətin olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin