Qaribaşvili Makronla regional təhlükəsizlik məsələlərini müzakirə edib

2022/06/1656515278.jpg
Oxunub: 338     18:04     29 İyun 2022    
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Fransa Prezidenti Emmanuel Makronla regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, İrakli Qaribaşvili bu barədə özünün “Twitter“ hesabında bildirib.

Baş nazir qeyd edib ki, NATO-nun Madrid Sammiti çərçivəsində baş tutmuş görüşdə tərəflər mövcud çağırışlar fonunda regional təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə ediblər.

Gürcüstan Baş nazirinin mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş zamanı Avropa Şurasının Gürcüstana Avropa perspektivi təqdim edilməsi qərarı və iki ölkə arasında mövcud tərəfdaşlıq əlaqələri əsas müzakirə mövzusu olub.

Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, Avro-Atlantik inteqrasiyasına verdiyi dəstəyə görə Fransa Prezidentinə təşəkkür edib.

İrakli Qaribaşvili Emmanuel Makronu uyğun vaxtda ölkəsinə səfər etməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaribaşvili   Makron  


Bizi "telegram"da izləyin