“Türkiyə Zəngəzur bölgəsini özünün qanuni maraqları zonası hesab edir” – Satanovski təşvişdə

2019/02/origi-1550837898.jpg
Oxunub: 644     17:45     29 İyun 2022    
Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, iyulun 1-də Vyanada “Ermənistan-Türkiyə yaxınlaşması prosesi” çərçivəsində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü baş tutacaq.

Nazirlik qeyd edib ki, bu, Ruben Rubinyanla Serdar Kılıç arasında dördüncü görüş olacaq.

Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyir ki, böyük tranzit dəhlizi vasitəsilə geosiyasi problemlərini həll etmək üçün Türkiyəyə Zəngəzur dəhlizi lazımdır.

Ekspert izah edib ki, Türkiyə Zəngəzur bölgəsini özünün qanuni maraqları zonası hesab edir və bu, Ankaranın fikrincə, Ermənistanın əlindədir.

“Türkiyə üçün Cənubi Qafqaz Osmanlı limanıdır. “Dəhliz verin və heç bir problem olmayacaq”. Bu, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağın bir yolu kimi gördüyü düsturdur. Bu o deməkdir ki, Türkiyə nə lazımdırsa onu edir, Ermənistan buna mane olmur və Ermənistan hakimiyyəti bunun üçün nəsə alacaq. Bəs Ermənistan nə əldə edəcək? Mən bilmirəm”, - deyə Satanovski qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   Türkiyə  


Bizi "telegram"da izləyin