“BQ iddia edir ki, Ermənistan müddətli hərbi qulluqçuları ön xətdən çıxara bilməz, lakin bu, hakimiyyətə az maraqlıdır” - Abrahamyan

2021/09/photo-1632478451.jpg
Oxunub: 617     19:30     29 İyun 2022    
“Baş Qərargahın nümayəndəsi Sahak Sahakyan jurnalistlərə açıqlamasında hələ ötən il hakim qüvvənin rəhbəri və onun komanda yoldaşlarının müddətli hərbi xidmətin müddətini qısaltmaqla bağlı bəyanatına toxunub və qeyd edib ki, məcburi hərbi xidməti qısaltmaq barədə danışıqlar olub, lakin hələlik əsaslı heç bir şey yoxdur, müzakirələr var”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

“Baş Qərargah rəsmisi müzakirələrin aparıldığını, lakin ixtisar üçün hələ heç bir səbəb olmadığını qeyd edib, bunun təkcə istəkdən deyil, problemlərin həlli imkanlarından asılı olduğuna eyham vurub. Faktiki olaraq Baş Qərargah iddia edir ki, Ermənistan müddətli hərbi qulluqçuları ön xətdən çıxara bilməz, lakin bu, siyasi hakimiyyətə az maraqlıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan-ordusu   İxtisar  


Bizi "telegram"da izləyin