Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, 2020-ci ilin sentyabrında İlham Əliyevlə Paşinyan arasında kompromatlar müharibəsi baş verib, bundan sonra isə əsl müharibə başlayıb.
“İndi eyni şey olacaq, sonra isə müharibə nəticəsində və ya müharibə olmadan Paşinyan torpaqları təhvil verəcək”, - deyə Şarmazanov qeyd edib.
Şarmazanov vurğulayıb ki, ötən günlərdə Paşinyan faktiki olaraq Qarabağı təhvil vermək, ermənilərə zidd olan qərarlar qəbul etmək, milli dəyər və institutları məhv etmək və Ermənistanın xarici siyasi vektorunu dəyişmək üçün hakimiyyətə gəldiyini ortaya qoyub.
Alpər Mövludoğlu
Ordu.az