NATO Baş katibi: “Ukrayna bizə arxalana bilər, hərbi və maliyyə dəstəyi davam edəcək”

2022/06/1656508656.jpg
Oxunub: 383     17:16     29 İyun 2022    
"Ehtiyac olduğu müddətdə Ukrayna bizə arxalana bilər".

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Ukraynaya müharibə elan etməklə Avropada sülhü pozub: “Biz İkinci Dünya müharibəsindən sonra ən böyük təhlükəsizlik böhranı ilə üzləşdik”.

Baş katib Ukrayna Prezidentinin liderliyi və cəsarətini yüksək qiymətləndirib.

“Mən şadam ki, bu gün Prezident Zelenski bu sammitə qoşuldu. Bizim, NATO-nun mesajı aydındır: Ukrayna ehtiyac olduğu müddətdə bizə arxalana bilər. Biz Ukraynaya əsas hərbi və maliyyə dəstəyi verməyə davam edəcəyik. Bu gün NATO müttəfiqləri Ukrayna üçün hərtərəfli dəstək planı barədə razılığa gələrək bu ölkəyə dəstəklərini gücləndirəcəklər. Bura təhlükəsiz kommunikasiya, yanacaq, tibbi ləvazimat, bədən zirehi, kimyəvi bioloji silahlar və minalarla mübarizə üçün ləvazimatlar və yüzlərlə daşına bilə antidron sistemləri daxildir.

Uzunmüddətli strategiya ilə bağlı biz Ukraynanın sovet silahları sistemindən müasir NATO sisteminə keçməsi üçün yardım edəcəyik. Bu, bizim Ukraynanın müstəqil, suveren gələcəyinə öhdəliyimizin nümunəsidir və bu öhdəlik sarsılmazdır. Müstəqil və suveren Ukrayna Avroatlantik regionunda sabitlik üçün həyati əhəmiyyət daşıyır”, - Stoltenberq qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin