“Ermənistan Silahlı Qüvvələrinin idarə edilməsində qeyri-müəyyənlik davam edir” - Tonoyan

2022/01/Untit-1641377288.jpg
Oxunub: 366     17:14     29 İyun 2022    
““Müdafiə haqqında” Ermənistan qanununda dəyişikliklər və əlavə etmək barədə” qanun layihəsi, məlumat-əsaslandırma və yekun hissə ilə tanış olaraq mülahizələrimi təqdim etmək qərarına gəldim”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın hazırda həbsdə olan keçmiş müdafiə naziri Davit Tonoyan məqaləsində bildirib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin idarə edilməsində qeyri-müəyyənlik davam edir.

“Baş nazirin funksiyasına aydınlıq gətirilməlidir. Həmçinin Ermənistan Baş nazirinin hərbi vəziyyətin elan edilməsi və müharibə elan olunmaması zamanı silahlı qüvvələrin tətbiqi ilə bağlı funksiyasını aydınlaşdırmaq lazımdır. Baş Qərargah rəisinin müdafiə nazirinin birinci müavini təyin edilməsi haqqında əsasnamənin çox sadə əsas məqsədi var idi - Baş Qərargah rəisinin əmrlərinin yerinə yetirilməsini Müdafiə Nazirliyinin struktur bölmələri üçün məcburi etmək”, - deyə Tonoyan bildirib.

Ermənistanın sabiq müdafiə naziri vurğulayıb ki, əslində ölkədə Müdafiə Nazirliyinin bölmələrini idarə etmək səlahiyyəti olmayan müdafiə nazirinin birinci müavini mövcud olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan  


Bizi "telegram"da izləyin