NATO: Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq

2020/04/img_2-1585995832.jpg
Oxunub: 303     17:08     29 İyun 2022    
"Biz öz ölkəsini qəhrəmancasına müdafiə edən Ukrayna hökuməti və xalqı ilə tam həmrəyik. Biz Ukraynanın müstəqilliyi, suverenliyi və akvatoriyalarına qədər uzanan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha bildiririk".

Ordu.az xəbər verir ki, bu, NATO-nun sammitində qəbul edilən bəyannamədə qeyd olunub.

“Biz Ukraynanın özünümüdafiə və öz təhlükəsizlik tədbirlərini seçmək hüququnu tam dəstəkləyirik. Biz Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq. Biz onların konkret vəziyyətini dərk edərək onlara lazımi şəkildə kömək edəcəyik”, - sənəddə vurğulanıb.

Həmçinin qeyd olunub ki, Belarus Ukraynadakı müharibədə Rusiya ilə əlbir ölkədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin