Ermənistan MN-in nümayəndəsi sağlamlıq problemləri olan şəxslərin orduya çağırıldığını etiraf edib

2022/06/1656507444.jpg
Oxunub: 321     16:56     29 İyun 2022    
“Məcburi araşdırmalar siyahısı var, bunlar yerli poliklinikalar vasitəsilə həyata keçirilir, bu çərçivədə tapılmış xəstəliklə hər hansı bir hərbi qulluqçunun ön xəttə düşməsi istisna olunur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Tibb Komissiyasının sədri Daniel Mkrtçyan deyib.

Mkrtçyan qeyd edib ki, Ermənistan hökumətinin qərarlarına əsasən, bəzi patologiyalar üçün bir neçə yararlılıq dərəcəsi mövcuddur.

“Bununla yeni çağırışçı bəzi məhdudiyyətlərlə xidmətə yararlıdır. 1,5 ildən sonra həmin bu xəstəliyin onda ağırlaşacağı istisna edilmir. Bu, aylar ərzində ola bilər”, - deyə o bildirib.

Mkrtçyan həmçinin vurğulayıb ki, guya məmur övladlarının ordudan azad edilməsi və onların əvəzinə xəstəliyi olanların hərbi xidmətə getməsi istisnadır: “Mən belə halları qəti şəkildə istisna edirəm, çünki əslində həm ürək ritmi problemləri olan oğlanlar, həm də müəyyən dərəcədə görmə qabiliyyəti məhdud olan oğlanlar hərbi xidmətə çağırılır ki, onlar da hökumətin qərarına əsasən məhdudiyyətlə xidmətə yararlıdırlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Ordusu   Xəstəlik  


Bizi "telegram"da izləyin