Korotçenko Finlandiya və İsveçin NATO-ya daxil olmasını şərh edib

2020/12/73421-1607405334.jpg
Oxunub: 494     16:31     29 İyun 2022    
“Finlandiya və İsveçin NATO-ya tam üzvlüyü ilə bağlı qərar ratifikasiya prosedurundan keçməlidir”.

Ordu.az xəbər verir ki, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Rusiya tərəfdən heç bir sürətli addım atılmayacaq. İstənilən halda Rusiyanın təhlükəsizliyinə təhdid baxımından təhlillər aparılacaq və bu təhdidlərin neytrallaşdırılması üçün tədbirlər hazırlanacaq”, - politoloq bildirib.

İ.Korotçenko vurğulayıb ki, Rusiya NATO-nun yeni konsepsiyasının qəbulunu gözləyir: “Biz NATO-nun Rusiyanın düşmən kimi göstəriləcəyi yeni strateji konsepsiyasının qəbulunu gözləyirik. Daha sonra Baltikyanı ölkələrdə və Polşada NATO qüvvələrinin gücləndirilməsi istiqamətində tədbirlər görüləcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korotçenko   NATO  


Bizi "telegram"da izləyin