Ordu.az xəbər verir ki, bunu Qarabağdakı separatçıların “keçmiş nümayəndəsi” Arman Melikyan deyib.
Onun sözlərinə görə, əgər bu doğrudursa, bu, erməni əhalinin Zabuxdan çıxarılacağı, qaz kəməri və digər kommunikasiyaların böyük ehtimalla Azərbaycanın tam nəzarətinə keçəcəyi demək olacaq.
“Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir və Azərbaycan qoşunlarının hərəkəti üçün də açıqdır. Yəni İrəvanın və ya Xankəndinin (qondarma qurum – red.) nəzarətindən tamamilə çıxıb. Dəhlizin müstəsna beynəlxalq statusu müəyyən olunmayana qədər nə İrəvan, nə də Xankəndi (qondarma qurum – red.) bu barədə Rusiya-Azərbaycan razılaşmasının qarşısını ala bilməz. Ona görə də Lavrov İlham Əliyev və Ceyhun Bayramovla bununla bağlı istənilən məsələni müzakirə edə və razılığa gələ bilər”, - deyə Melikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az