Madriddə NATO Sammiti başlayıb

2022/06/1656497554.jpg
Oxunub: 217     13:57     29 İyun 2022    
İspaniyanın paytaxtı Madriddə NATO liderlərinin Sammiti öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, 29-30 iyun tarixlərində keçirilən Sammitdə alyansa üzv 30 ölkənin liderləri qatılıb.

Sammitdə Rusiya-Ukrayna müharibəsi, İsveç və Finlandiyanın üzvlüyü, NATO-nun yaxın onilliklər üçün stratreji konsepsiyasının qəbulu, şərq cinahının gücləndirilməsi və Çinin apardığı siyasətlə bağlı müzakirələr aparılacaq.

Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.

Qeyd edək ki, NATO sammiti çərçivəsində Ərdoğan ABŞ, Fransa, Birləşmiş Krallıq, İspaniya, Niderland, Almaniya, İsveç və Finlandiya liderləri ilə görüşlər keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İspaniya  


Bizi "telegram"da izləyin