Stoltenberq NATO-nun yeni strateji konsepsiyasından danışıb

2022/04/8b202-1650398329.jpg
Oxunub: 283     10:45     29 İyun 2022    
Madrid Sammiti Alyansımız üçün tarixi və transformativ sammit olacaq. Biz İkinci Dünya müharibəsindən bəri üzləşdiyimiz ən ciddi təhlükəsizlik böhranının ortasında görüşürük və görürük ki, müttəfiqlər bu böhrana, çətinliklərə həmrəy şəkildə cavab verir.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, bu sammitdə NATO yeni strateji konsepsiyasını qəbul edəcək ki, bu da gələcəkdə təşkilatın rəqabətli və təhlükəli dünyada öz müttəfiqlərini necə qorumasını və dəyişən dünyaya necə adaptasiya olması yollarını müəyyən edəcək.

“Biz bu sammitdə həm də Ukraynaya dəstəyimizi ifadə edəcəyik. Şadam ki, Ukrayna Prezidenti Vladimir Zelenski liderlərin qarşısında çıxış edəcək. Biz həm də Ukraynaya hərtərəfli yardım paketi barədə razılığa gələcəyik.

Eyni zamanda, İsveç və Finlandiyanı NATO-ya üzvlüyə dəvət edəcəyik. Bu, dünən Türkiyə, İsveç və Finlandiya arasında imzalanan razılaşma sayəsində mümkün oldu. Bu həm Türkiyə, həm İsveç, həm də Finlandiya, ümumilikdə hamımız üçün yaxşı razılaşmadır”, - Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, sammitdə müdafiə xərcləri, iqlim dəyişikliyi, kibertəhlükəsizlik barədə də müzakirələr aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   NATO  


Bizi "telegram"da izləyin