Zelenski Ukraynaya atılan raketlərin sayını açıqlayıb

2022/06/1655618102.jpg
Oxunub: 315     02:07     29 İyun 2022    
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə nə qədər raket atdığını açıqlayıb.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna prezidenti 2800-dən çox raketin atıldığını deyib.

Zelenski vurğulayıb ki, bu, təkcə raketlərin sayıdır. Onun sözlərinə görə, Ukrayna şəhərləri digər silah növlərindən də atəşə tutulur.

“Bu axşama olan məlumata görə, şəhərlərimizi vuran Rusiya raketlərinin ümumi sayı artıq 2811-dir. Daha nə qədər hava bombası, nə qədər artilleriya mərmisi var”, - deyə prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin