İsveçin keçmiş baş naziri: “Türkiyə fikrini dəyişə bilər”

2022/06/000-w-1656478579.jpg
Oxunub: 686     07:43     29 İyun 2022    
İsveçin keçmiş baş naziri Karl Bildt əmin deyil ki, ölkənin NATO-ya üzvlük məsələsində son söz deyilib.

Ordu.az xəbər verir ki, bu barədə Karl Bildt tviterdə yazıb.

“Mən yalnız ümid edə bilərəm ki, Türkiyə danışıqların gedişində və ratifikasiya zamanı fikrini dəyişməyəcək. Onun davranışında narahatedici bir gözlənilməzlik elementi var”- o qeyd edib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin