Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib

2022/06/fsd87-1656478365.jpg
Oxunub: 351     05:18     29 İyun 2022    
Hindistan Ordusu və Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı öz istehsalı olan tank əleyhinə idarə olunan raketi sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə NDTV televiziya şirkəti məlumat yayıb.

Sınaqlar iyunun 28-də Maharaştra ştatındakı təlim poliqonunda baş tutub. Atış “Arjun” döyüş tankından həyata keçirilib.

Qeyd olunub ki, sınaqlar uğurla başa çatıb. Telemetriya sistemləri raketin qənaətbəxş uçuş performansını qeydə alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tank-əleyhinə-raket  


Bizi "telegram"da izləyin