Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

2022/06/1656440164.jpg
Oxunub: 1157     18:33     28 İyun 2022    
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən təltif olunan bir qrup hərbi qulluqçuya müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ali hərbi rütbələr təqdim edilib.

Bu barədə Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İyunun 28-də hərbi qulluqçuları qəbul edən müdafiə naziri Ali Baş Komandanın göstərişinə əsasən ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl tədbirlərdən və Orduda aparılan genişmiqyaslı islahatlardan danışıb.

General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməlidir.

Təltif olunan hərbi qulluqçular Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək onlara göstərilən etimadı doğruldacaqlarına, həmçinin Vətənə, xalqa və Ali Baş komandana hər zaman sədaqətli olacaqlarına dair söz veriblər.

Müdafiə naziri təltif olunan hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin