Nazirlər Kabinetindən
Ordu.az-a verilən xəbərə görə, Baş nazir Ə.Əsədov doğum günü münasibətilə İ.Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Ordu.az