Gəncənin İcra Hakimiyyət başçısı Vətən müharibəsi iştirakçısı Elnur Həsənovla görüşüb - FOTO

2022/06/62bb0-4969275765.jpg
Oxunub: 425     17:34     28 İyun 2022    
Gəncə Şəhər İcra Hakimiyyət başçısı Niyazi Bayramov Gəncə Şəhər Kəpəz İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Elnur Həsənovla görüşüb.

İcra Hakimiyyətindən Ordu.az-a verilən məlumata görə, görüşdə Kəpəz İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və Gəncə Şəhər İcra Hakimiyyət başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə Niyazi Bayramov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə cəmi 44 gün ərzində qazanılan tarixi qələbədən bəhs edib. Bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət, müharibə iştirakçılarına can sağlığı diləyib. Şəhər rəhbəri, tarixi qələbəmizdə payı olan və döyüşlərdə sonuna qədər iştirak edərək qəhrəmanlıq nümayiş etdirən Kəpəz Rayon İcra Hakimiyyətinin əməkdaşı, baş leytenant Elnur Həsənova təşəkkür edib və gələcək həyatında uğurlar arzulayıb.

Elnur Həsənov, öz növbəsində, Vətən müharibəsi iştirakçılarına göstərilən xüsusi diqqət və qayğıya görə Prezindet İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra Niyazi Bayramov Elnur Həsənova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının Müdadfiə naziri Zakir Həsənovun müvafiq əmrilə “”Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları təqdim edib.

Qeyd edək ki, Həsənov Elnur Yadigar oğlu 10 aprel 1979-cu ildə Gəncə şəhərində anadan olub. 2010-cu ildən başlayaq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında müxtəlif vəzifələrdə çalışıb. Hazırda Gəncə Şəhər Kəpəz İcra Hakimiyyəti başçısının Natəvan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavinidir. 2-ci dərəcəli dövlət qulluqçusudur.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gəncə   Vətən-müharibəsi-iştirakçısı  


Bizi "telegram"da izləyin