Fransa Ukraynaya yeni zirehli transportyorlar göndərəcək

2022/06/16520-1656424803.jpg
Oxunub: 457     17:41     28 İyun 2022    
Fransa Ukraynaya əhəmiyyətli sayda zirehli transportyor göndərəcək.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyen Lekornü deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin atəşə altında olan ərazilərdə cəld hərəkət etmək üçün Ukrayna ordusuna zirehli texnika lazımdır.

Nazir həmçinin artıq Ukrayna Silahlı Qüvvələrinə 12 ədəd “Sezar” özüyeriyən haubitsanın verildiyini, əlavə olaraq altısının da göndəriləcəyini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin