“Airbus”un Regional Vitse-Prezidenti: "Azərbaycan Avropa ölkələri arasında ən dinamik inkişaf edən ölkədir"

2022/06/asd45-1656420792.jpg
Oxunub: 465     16:46     28 İyun 2022    
“Airbus” şirkəti 2035-ci ilədək sıfır çirklənmə emissiyalı, hidrogenlə işləyən təyyarələrin istehsalına başlayacaq.

Ordu.az xəbər verir ki, “Airbus” şirkətinin Regional İcraçı Vitse-Prezidenti və Avropa üzrə Satış Rəhbəri Vouter Van Vörş “Silk Way West Airlines”lə iki A350F yük təyyarəsinin alınmasına dair strateji müqavilənin imzalanması mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu layihənin yalnız təyyarə istehsalçıları və operatorlar tərəfindən tək başına icrası qeyri-mümkündür.

“Bizə hökumətlərin, tənzimləyicilərin, enerji təminatçılarının və hava limanlarının dəstəyi daxil olmaqla sektorlar arası bir yanaşma lazımdır. Bizim fəaliyyət göstərdiyimiz bütün infrastrukturun yenidən müəyyənləşdirilməsinə ehtiyacımız var və ümid edirik ki, Azərbaycan da bu mühüm missiyada bizə qoşulacaq. Mən şirkətin Avropa bölgəsinə rəhbərlik etməklə yanaşı, ümumi olaraq 57 ölkəyə cavabdehəm və həqiqətən demək istəyirəm ki, Azərbaycan bu ölkələr arasında ən dinamik və ən sürətlə inkişaf edən ölkədir. Biz gələcəkdə əlbəttə ki, Azərbaycan tərəfi ilə işləməyə hazırıq”, - deyə Vouter Van Vörş bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Avropa  


Bizi "telegram"da izləyin