Ordu.az xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, "Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: "Bayraktar"lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının "hörmətli üzvü"dür".
O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə PUA-larını hələ 2021-ci ilin iyulunda alıb.
Ordu.az