Ermənistan MTX daha bir hərbçini dövlətə xəyanət ittihamı ilə həbs edib

2022/06/sd78f-1656413229.jpg
Oxunub: 429     18:46     28 İyun 2022    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat Departamenti tərəfindən görülən tədbirlər nəticəsində məlum olub ki, guya Ermənistan vətəndaşı hərbi qulluqçu olmaqla təlim mərkəzi olan “N” saylı hərbi hissənin komandir heyəti, silahlanması, hərbi texnikası və hərbi qulluqçularının sayı, eləcə də Ermənistan Müdafiə Nazirliyinin bəzi bölmələrinin yerləşmə yerləri ilə bağlı məlumatlara sahib olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

İddia olunub ki, təsvir edilən şəraitdə o, guya “ok.ru” sosial şəbəkəsi vasitəsilə xarici ölkə xüsusi xidmət orqanının nümayəndəsi ilə tanış olub, həmin şəxs tərəfindən işə cəlb olunub, sonra 2.000.000 Ermənistan dramı pul vədi müqabilində qarşı tərəfə hərbi sirr ehtiva edən məlumatları ötürüb.

MTX-nin növbəti qurbanı həbs olunub və ifadə verib. O, guya ifadəsində “WhatsApp” vasitəsilə hərbi hissənin məlumatlarını göndərdiyini, bunun müqabilində ona 2 milyon dram vəd edildiyini, həmin pulu aldığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Həbs  


Bizi "telegram"da izləyin