“Azərbaycan Türkiyə Silahlı Qüvvələri ilə birbaşa koordinasiyaya xüsusi önəm verir” – Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 440     10:02     29 İyun 2022    
“Azərbaycan Prezidenti Qarabağa səfəri zamanı beynəlxalq münasibətlərdə mühüm rolun güc amilinə aid olduğunu bildirdi və əlavə etdi ki, Azərbaycan öz Silahlı Qüvvələrində islahat aparmaq, yeni silah və hərbi texnika almaq üçün çox çalışır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, hazırda hansı alış və tədarüklərdən söhbət getdiyini qiymətləndirmək çətindir.

“Çünki müxtəlif ölkələrlə müqavilələr və danışıqlar barədə məlumatlar daim yayılır, lakin onların əksəriyyətinin Azərbaycana köçürülməsi yəqin ki, 2023-cü ildən sonra baş tutacaq. Sadəcə, aydındır ki, Azərbaycan müxtəlif təyinatlı Pilotsuz Uçuş Aparatlarının tədarükü, yerində birgə istehsal, xüsusi təyinatlıların hazırlanması və onların sayının kəskin artırılması, eləcə də Türkiyə Silahlı Qüvvələri ilə ahəngdarlıq və birbaşa koordinasiyaya xüsusi önəm verir. Azərbaycan regionda onsuz da pozulmuş hərbi balansı dərinləşdirməyə davam edir ki, bu da onun siyasi və regional ambisiyalarının kəskin şəkildə artmasını nəzərdə tutur”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin